Azərbaycanlı deputat Sankt-Peterburqun mühasirəsindən bəhs edən abidə açdırdı - FOTOLAR

MARAQLI 31 yan 2019, 11:29
Rusiyanın Sankt-Peterburq şəhərinin Nevskiy rayonunda 331 saylı məktəbdə Leninqrad müəllimlərinin fədakar əməyinə həsr olunmuş xatirə barelyefinin açılış mərasimi keçirilib.

Demokrat.Az xəbər verir ki, sözügedən abidə soydaşımız, Nevskiy rayon sakini, deputat Elşən Həmzəyevin təşəbbüsü və maliyyə dəstəyilə reallaşıb.

Abidə II Dünya Müharibəsi zamanı Sankt-Peterburq şəhərinin mühasirəsinin ildönümünə həsr edilib.

Mərasimdə çıxış edən Elşən Həmzəyev bildirib ki, bu barelyef II Dünya Müharibəsi zamanı Sankt-Peterburq şəhərinin mühasirəsi zamanı öz işlərini qəhrəmancasına görən müəllimlərə həsr olunub:

"Müharibənin ilk aylarında fərqlənən müəllimlərin bir qrupu cəbhəyə yollandılar.  Ancaq uşaqlar təhsilini davam etdirməli idilər. Mühasirə zamanı Leninqradda 400 min məktəbli və məktəbəqədər uşaq qalmışdı. 1941 oktyabrın sonunda 60 minədək 1-6-cı siniflərarası məktəbli bombardmandan yayınmaq üçün yeralı sığınacaqlarda dərslər keçirdi. Bir az sonra noyabrda partalar arxasında 103 Leninqrad məktəbində 30 mindən çox yuxarı sinif şagirdi gülləborana baxmayaraq, soyuğa və aclığa tab gətirib. Dərslər olduqca ağır şəraitdə keçirilirdi. Hər müəllim dərsi iki variantda keçirdi, onlardan biri normal şəraitdə keçirilirdi, o birisi isə bombardman və gülləboran altında altında olurdu. Aclıq, ölüm hər gün yeni-yeni həyatları özü ilə aparırdı.  1941-ci ilin dekabr ərəfəsində Leninqradda 39 məktəb fəaliyyətinə davam edirdi. Onlar arasında 331 nömrəli məktəb də var idi. Hesab edirəm ki, müharibə illərində Leninqrad müəllimlərinin xidmətləri əsl döyüş şücaətidir".
  
Elşən Həmzəyev bu abidəni öz şəxsi vəsaiti hesabına ərsəyə gətirdiyini söyləyib:

"Biz təkcə bu qəhrəmanlığı xatırlamamalıyıq, həm də bunu gələcək nəsillərə xatırlatmalıyıq. Çünki o zamanlar mühasirədə olan müəllimlər əsl nümunə göstəriblər. Bu barelyef  peterburqlu heykəltaraş Aleksey Zazulya tərəfindən hazırlanıb. Kompozisiyanın mərkəzində qış geyimində parta arxasında bir neçə şagird və onların önündə əlində kitab tutmuş müəllimə durur. Bunu isə heykəltaraşın mühasirəyə salınmış şəhərin mənzərə şəkili çərçivəyə salır. Burada Leninqrad məktəbində mühasirəyə düşmüş uşağın əlinin soyuqdan titrəməsi həkk olunub".

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top