FIFA 2018-ci ildə transferlərə xərclənən məbləği açıqladı

İDMAN 30 yan 2019, 22:35

FİFA 2018-ci il üçün dünya futbol bazarındakı məlumatları açıqlayıb.

 

Klubların transferlərə xərclədikləri ümumi məbləğ 7.03 milyard dollar təşkil edib. Bu, 2017-ci ildəki analoji göstərici ilə müqayisədə 10% artım deməkdir.

 

2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5.6% daha çoxdur. Bu transferlərə 175 millətdən 14 186 oyunçu qatılıb.

 

31 klub 7.03 milyard dolların yarısından çoxunu xərcləyib. Bütün bu xərclərin 78.2%-i UEFA-ya üzv olan klubların payına düşüb. (Report) 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top