"Azərbaycanın bölgələri Avropanın bəzi şəhərlərindən öndə gedir" — DEPUTAT

SOSİAL 30 yan 2019, 22:08

"Azərbaycanın bölgələri inkişaf baxımından Avropanın şəhərlərindən heç də geri qalmır. Hətta, Avropanın bəzi şəhərlərindən bəlkə də öndə gedirik".

 

Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

 

Deputat deyib ki, son 15 ildə Azərbaycanın regionlarına kifayət qədər vəsait qoyulub, müxtəlif dövlət proqramları həyata keçirilib:

 

"Əsas odur ki, lazımı infrastruktur qurulub. 20-25 il bundan öncəyə qədər bizim əsas problemlərimizdən biri yollarla bağlı idi. Bu gün ən müasir yollarımız var. Bu gün biz bununla fəxr edirik. Hazırda bizim regionlarda yaradılan şəraitlə paytaxt Bakının şəraiti inkişaf baxımından bir-birinə çox yaxındır. Bura yol, infrastruktur, internet şəbəkəsi və sairə daxildir".

 

R.Quliyev qeyd edib ki, hazırda Azərbaycan regionlarında sahibkarların fəaliyyəti üçün tam şərait qurulub:

 

"Ola bilsin ki, bir-iki kiçik problemlər qalsın. Bunlar da zaman-zaman öz həllini tapacaq. Cənab Prezidentin başçılığı altında Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Ölkəmizdə vergi islahatları həyata keçirilib. Mən deyirdim ki, vergi sahəsində inqilabi dəyişikliklər edilib. Bütün bunlar isə sahibklarlığın inkişafı üçün əlverişli imkanlar yaradır".

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top