Maduronun tərəfdarları küçələrə çıxmağa çağırıldı

DÜNYA 30 yan 2019, 21:37

Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.

 

“Report” xəbər verir ki, bu barədə D.Kabelyo “Twitter”dəki səhifəsində yazıb.

 

“Fevralın 2-si "Bolivar inqilabı"nın 20-ci ildönümüdür. Həmin gün mən evdə oturmayacağam, biz Karakasdakı Bolivar prospektinə yeni döyüşlərə, yeni qələbələrə hazır vəziyyətdə çıxacağıq. İmperializmin hücumlarına qarşı vətənpərvərlərin birliyi! Biz qalib gələcəyik!”, - deyə o qeyd edib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top