Prokurorluq beynəlxalq təşkilatın korrupsiya hesabatına cavab hazırlayır – AÇIQLAMA

HADİSƏ 29 yan 2019, 20:07
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "Transparency International"ın son hesabatı ilə bağlı açıqlama hazırlayır.

Demokrat.Az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, qurumdan verilən açıqlamada qeyd olunur ki, Azərbaycanın korrupsiya ilə mübarizədə bir ildə 30 pillə geriləməsinə münasibət bildiriləcək.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən bu mövzuda əlavə suallara cavab verilməyəcəyi deyilib.

Xatırladaq ki, "Transparency International" təşkilatının yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 180 ölkə içində 152-ci yerdədir. Ötən il isə 122-ci olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top