Saakaşvili 72 saata Gürcüstanda hakimiyyəti dəyişəcəyini vəd etdi

DÜNYA 28 yan 2019, 16:43

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana qayıtmağa və orada hakimiyyəti dəyişməyə söz verib.

 

Bu barədə o, “Rustavi 2” telekanalına müsahibəsində deyib.

 

Saakaşvilinin sözlərinə görə, “Gürcüstanın fəal hissəsinin və müxalifətin” ona ölkə ərazisində 72 saat maneəsiz hərəkət etməsinə şərait yarada biləcəkləri təqdirdə vətənə dönəcək.

 

“Bu, hakimiyyətin dinc yolla devrilməsi ssenarisidir”, - o əlavə edib.

 

Keçmiş Gürcüstan lideri Gürcüstanda hakimiyyətdə olan komandanın qurucusu Bidzina İvanişvili ilə mübarizəsindən də danışıb. O, Gürcüstan hakimiyyətini “həkimləri dəlixanada həbs etmiş dəlilərə” bənzədib və vurğulayıb ki, onları “faciəsiz, zor tətbiq etmədən və qurban vermədən neytrallaşdırmaq” lazımdır. (Virtualaz.org)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top