Rəsulzadənin barelyefində "düzəliş"dən sonra təkcə adını saxladılar — FOTO

GÜNDƏM 28 yan 2019, 12:44

Novxanıda oğurlanandan sonra yenisi hazırlanaraq yerinə asılan və səhvlərə görə qınanılan barelyefin ikincisi düzəldilib. 

 

Demokrat.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə, sadəcə, “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.

 

Xatırladaq ki, sosial şəbəkələrdə yeni xatirə lövhəsində yol verilən ciddi nöqsanlar geniş müzakirələrə səbəb olmuş, xeyli qınanmışdı. Belə ki, lövhədə Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə Azərbaycan Dövlət Cümhuriyyəti, M.Ə.Rəsulzadə isə onun rəhbəri kimi qeyd olunmuşdu.

 

Bundan başqa, AXC liderinin adı da səhv yazılmışdı.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top