1 dollar 1,97 manat olacaq? - Manatla bağlı PROQNOZ

İQTİSADİYYAT 28 yan 2019, 13:05

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.


Demokrat.Az xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.


2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə - 1,87 manat/1 dollar, 2021-ci ildə - 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.


“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, - agentlik qeyd edir.


2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top