Mollalara siqaret çəkmək qadağan edildi

MARAQLI 28 yan 2019, 12:29

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş siqaretin haram olduğunu bildirib. Bundan sonra siqaret çəkən imamların bu sahədə çalışa bilməyəcəyini açıqlayıb.


Demokrat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Ərbaşın sözlərinə görə, bu il Həcc və Ümrə ziyarətlərində zəvvarları aparması, bələdçilik etməsi üçün siqret çəkməyən şəxslərə üstünlük veriləcək: "Siqaretin bir çox elm adamı və alim tərəfindən haram olduğu deyilir. Şəxsən mən də bu fikirdəyəm. 


Qarşıdakı illərdə siqaret çəkən insanlar imamlar bu sahədə işə qəbul üçün imtahanlara da girə bilməyəcək. Həm imamlarımızın, həm də digər din işçilərinin bu cür vərdişlərdən uzaq durması gərəkdir. Əks halda onlar vəzifələrindən uzaqlaşdırılacaqlar". 


Həmçinin bildirilir ki, Diyanət İşləri rəhbəri siqaret çəkən işçi heyətinə də sanksiya qərarı qəbul edib. 


Qərarda qeyd edilib ki, siqaret çəkən şəxslərə bu ildən etibarən həcc vəzifəsi verilməsin.(Unikal.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top