Ermənistanda siyasi məhbus aclıqdan öldü

HADİSƏ 27 yan 2019, 23:25
Haynews.am xəbər saytına məsul olan Mger Yegiazaryan Yerevan şəhərindəki “Nubarasen” həbsxanasında ölüb. O, eyni zamanda, “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini idi.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, həbsxananın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da, saat 06:15 radələrində Ermənistan Respublikası Ədliyyə Nazirliyinin adıçəkilən həbsxanasına 1968-ci il təvəllüdlü məhbus Mger Yegiazaryanın sağlamlığının kəskin pisləşməsi səbəbindən təcili yardım çağırılıb. Saat 06: 35-də həbs edilmiş şəxsin bioloji ölümü qeydə alınıb.

Faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub, araşdırma aparılır.

Məlumata görə, Mger Yegiazaryan 5 dekabr 2018-ci ildə aclıq aksiyası elan edibmiş.

M.Yegiazaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayında dələduzluğa və hərbçilərdən pul qoparmaq ittihamı ilə həbs edilmişdi.

İstintaq materiallarına görə, Mger Yegiazaryan 2014-cü ilin fevral ayından 2018-ci ilin oktyabrınadək olan müddətdə həbçilərdən, onlara iş düzəldəcəyi və digər məsələlərlə bağlı vədlər verərək şəxsən və ya vasitəçilərin əli ilə 180 mindən 4 milyon 775 min drama (10 min dollar) qədər rüşvət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top