"Erməni terrorçusunun abidəsi sökülməsə, muxtariyyətimizi elan edəcəyik" - Azərbaycanlı milyoner prezidentə və Baş nazirə 2 ay VAXT QOYDU

SİYASƏT 27 yan 2019, 15:02
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt şəkildə etirazını bildirib. 

Söyün Sadıqov Demokrat.Az-a açıqlamasında deyib ki, bu hadisə Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanətidir:
 
                                                   Söyün Sadıqov

"Təsəvvür edin ki, Azərbaycan xalqı üçün xüsusi gün sayılan yanvarın 20-də gürcüstanda erməni cəlladına abidə qoyulur və Gürcüstan dövləti buna açıq şəkildə icazə verir. Bunun bir adı var - Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı edilən xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və Baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu. Əgər Bidzina İvanişvilinin razılığı, Gürcüstan prezidentinin və Baş nazirinin icazəsi olmasaydı, bu abidə əsla qoyula bilməzdi. Mən buradan Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda Azərbaycan kimi müttəfiqlərini itirəcəklər. İndiyədək Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanıma çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. İndi Gürcüstanın prezidenti və Baş naziri Azərbaycan dövlətinə və xalqına qarşı belə bir riyakar addım atır. Hesab edirəm ki, Gürcüstan xalqı buna imkan verməməlidir. Çünki Axalkalakidə erməni terrorçusuna abidənin qoyulması bir daha göstərdi ki, Gürcüstan prezidenti və Baş naziri nəinki Azərbaycan dövlətinə hörmət etmir, heç öz xalqını belə saymır. İndiki Gürcüstan rəhbərliyi ölkələrində erməni separatizminin inkişafına təkan verirlər. Əgər belə davam etsə, yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək".
 
Картинки по запросу Mixail Avagyan
 Gürcüstanda erməni terrorçu Mixail Avaqyanın abidəsinin açılışı

Söyün Sadıqov Gürcüstan prezidentinə və Baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib:

"Mən Gürcüstan prezidentinə və Baş nazirinə demək istəyirəm ki, sözügedən abidəni ləğv etsinlər. Əks halda bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam. Beləliklə də biz yəqin ki, Gürcüstanda öz muxtariyyətimizi qazanacağıq. Yəni, Abxaziya və Osetiya kimi biz də öz muxtariyyətimizi əldə edəcəyik".
 
Картинки по запросу Михаилу Авагяну
           Gürcüstanda erməni terrorçu Mixail Avaqyanın abidəsinin açılışı
 
Azərbaycanlı oliqarx bəyan edib ki, gürcü xalqı Osetiya və Abxaziya münaqişələri zamanı separatizmin nə olduğunu gözəl bilir:

"Mən bütün gürcü xalqından da xahiş edirəm ki, öz dövlət və hökumət rəhbərlərini bu məsələ ilə bağlı geri addım atmağa məcbur etsin. Çünki Gürcüstanın Baş naziri və prezidentinin erməni terrorçusuna abidə qoyulmasına icazə verməsi separatizmə dəstək verməsini göstərir. Əgər Azərbaycana qarşı bu ədalətsiz addıma son verilməsə, o zaman Gürcüstanda yaşayan soydaşlarımız bu dövlətə inanmayacaq, iki xalq arasında nifaq salacaq və sairə. Gürcü xalqı öz sözünü deməlidir. Əks halda Gürcüstan prezidenti və Baş naziri öz dövlətinin gələcəyini düşünən deyil. Bu gün Gürcüstanda yaşayan ermənilər öz muxtariyyətini elan etmək üçün məqam gözləyirlər. Bunun üçün də Azərbaycan və Gürcüstan xalqları arasında nifaq salmağa çalışırlar. Gürcüstan xalqı buna imkan verməməlidir. lə etməlidir ki, Gürcüstan prezidenti və Baş nazirinin atdığı bu səhv qərar ləğv edilsin. Mən Gürcüstan xalqını sözügedən erməni cəlladının abidəsini ləğv etdirməyə çağırıram".

 Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top