Venesuelada etirazlar zamanı 29 nəfər öldürülüb

HADİSƏ 27 yan 2019, 08:59
Venesuelada bir neçə gündür davam edən etiraz aksiyaları zamanı 29 nəfər həyatını itirib.

Demokrat.Az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Venesuela sosial münaqişələr rəsədxanası” Qeyri-Hökumət Təşkilatı məlumat yayıb.

“Etirazlar zamanı 29 nəfər öldürülüb. Bu rəqəmlərə şəxsiyyəti təsdiq edilənlər daxildir”, – deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top