"Parlamentdə susduğunuz kimi yenə də susmağa davam edin" - Salyanlı müxalifətçidən deputata CAVAB

GÜNDƏM 26 yan 2019, 23:50
Millət vəkili Əliağa Hüseynovun “Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq” iddiasına Salyanlı müxalifətçidən cavab gəlib.

Demokrat.Az “Yeni Sabah”-a istinadla xəbər verir ki, Ümid Partiyasının sədr müavini Rüfət Muradlı deyib ki, o 2015-ci ilin deputat seçkiləri öncəsi namizədliyini geri götürməsi üçün dost tanışların gətirdiyi mesajlardan bezib, şəxsən Əliağa Hüseynova xatırlatmışdı ki,  mövcud durumda ölkə parlamentində xalqı, Salyanı təmsil etməyə özünü daha layiq görür:

“Yenə də üç il əvvəlki fikrimdə qalıram və bir daha şahidəm ki, yanılmamışam. Seçkilərdə baş verən saxtakarlıqlara, üzləşdiyim iyrənc olaylara toxunmadan Əliağa müəllimə xatırlatmaq istəyirəm ki, müxalif olmaq mübarizlikdir, fikir,mövqe sahibi olmaqdır, yaltaq və məddah olmamaqdır, fəzilətdir, cəsarətdir və millətin, toplumun, dövlətin inkişafı üçün vacibdir . Müxalif olmaq həm də şərəf məsələsidir- bizdə Məhəmməd Əmin Rəsulzadələrin, Əbülfəz Elçibəylərin, Avropada Martin Lüterlərin, Yan Qusların, Amerikada Martin Lüter Kinqlərin , Çe Quaraların timsalında”.
 
Salyanlı müxalifətçidən Əliağa Hüseynova cavab
 
R. Muradlı deyib ki, müxalifəti olmayan, diktatura şəklində idarə olunan ölkələr Afrikanın mərkəzindəki sivilizasiyadan məhrum ölkələrdir:

“Müxalifəti olan ölkələr isə dünyanın ən aparıcı, inkişaf etmiş ölkələridir. Bu gün Azərbaycanımızı müxalifətsiz Afrika ölkələrinın, müxalifəti boğulan İranın, Səudiyyə Ərəbistanının, Orta Asiya respublikalarının gününə düşməməyə qoymayan da məhz ölkəmizdəki müxalif düşüncədir. Biz bununla qürur duymalıyıq , nəinki alternativ fikrə qarşı aqressivlik nümayiş etdirmək.

Sizdən vicdanlı, cəsarətli, mövqeyi olan eloğlularım adından xahiş edirəm ki, bu qədər ədalətsiz, primitiv, gerçəkliklə aşağı yuxarı əlaqəsi olmayan açıqlamalar vermək yerinə, elə 2010-cu ildə sizə deputat mandatı verilən andan bu günədək parlamentdə susduğunuz kimi yenə də susmağa davam edin. Baxmayaraq parlament danışmaq məkanıdır, siz isə təəssüf ki, bunu bacarmırsınız”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top