Milli Məclis Aparatının əməkdaşları üçün yeni yeməkxana istifadəyə verildi

MARAQLI 26 yan 2019, 21:48
Milli Məclis Aparatının əməkdaşları üçün yeni yeməkxana istifadəyə verilib.

Demokrat.Az xəbər verir ki, yeni yeməkxanadan Milli Məclis Aparatının əməkdaşları ilə yanaşı Parlamentin mühafizə xidmətinin əməkdaşları və jurnalistlər də istifadə edə biləcək.

Yeməkxana Milli Məclis binasının 3-cü mərtəbəsində yerləşir. Açıq-bufet tipli yeni yeməkxana da ödənişlidir.

Milli Məclisin deputatları üçün nəzərdə tutulan yeməkxana isə parlament binasının birinci mərtəbəsində yerləşir. 

Qeyd edək ki, Milli Məclis Aparatının əməkdaşları üçün nəzərdə tutulan köhnə yeməkxana parlament binasının ikinci mərtəbəsində yerləşirdi.

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top