"Şıllaq atmaq canımızda var" - Rəşid Mahmudov Afət Fərmanqızını sərt tənqid etdi

SOSİAL 26 yan 2019, 18:51

Son zamanlar isə ifaçı Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzələni hind mahnısı üzərində ifa etməsi qınaq obyektinə tuş əlib. Müğənni iddia edib ki, guya Nəsimi yuxuda ona deyib ki, “Dur oxu, ey Afət”. Müğənninin bu uydurması da insanların gülüş hədəfinə çevrilib. 

 

Demokrat.Az Məsələylə bağlı Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov baş verənləri sərt qınadı:

 

"Beatrice Baku"da endirimlər başladı

 

“Bu ilin ölkə başçısı tərəfindən “Nəsimi ili” elan edilməsi təqdirəlayiqdir. “Nəsimi bazarı”adının dəyişdirilməsinin mən də bir ziyalı kimi tərəfdarıyam. Bunu Nəsimi rayonunun adından götürüb bu cür adlandırmaq olmaz. Bazar millətiyik deyəndə xətrinizə dəyir, bazardan başqa heç yeri tanımırıq. Biz yanıq kərəmi mahnısına da, muğamata da oynayırıq, şıllaq atmaq canımızda var. İndi də Nəsiminin “Sığmazam” qəzəlinə oynayacaqlar. Bunlar düzələnə oxşamır, ürəyim partlayır.

 

Sovet hökumətini bəyənmirik, amma Üzeyir bəy Hacıbəyov, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Cavanşir Quliyev, Ələkbər Tağıyev və sair kimi adamlar yetişdirdi. Bunların isə yetişdirdikləri Elza Seyidcahanla, Telli Borçalıdır. Vallah yazıqdı bu millət. Danışdıqca ürəyim ağrıyır”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top