Bakıda avtobus piyadanı vuraraq öldürdü

HADİSƏ 26 yan 2019, 14:58

Bakıda avtobus piyadanı vurub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.Az-a verilən məlumata görə, yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

 

Xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

 

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top