“Bəzən gənclərimiz işlə təminat məsələsində çətinliklərlə üzləşir” – DEPUTAT

SOSİAL 25 yan 2019, 14:55

“Bizdə ali məktəbləri yeni bitirən gənclər işlə təmin olunmaq üçün müraciət zamanı iş təcrübəsi problemi ilə üzləşirlər”.

 

Demokrat.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib:

 

“Amma bununla belə, bəzən gənclərimiz işlə təminat məsələsində çətinliklərlə üzləşirlər. Onlar ali məktəbləri bitirib, işlə təmin olunmaları üçün müvafiq qurumlara müraciət edəndə “iş təcrübəsi” şərti, baryeri ilə üzləşirlər. Yəni, onlar qarşısında iş təcrübəsinin olub-olmadığı şərti qoyulur. Axı, onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun? Ona görə hesab edirəm ki, bu məsələ, bu baryer aradan qaldırılmalıdır”.

 

AzEdu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top