Rəsulzadəyə qarşı növbəti sayğısızlıq — FOTO

GÜNDƏM 24 yan 2019, 21:08

Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.

 

Lakin barelyefdə 1918-1920-ci illərdə mövcud olmuş ilk milli dövlətimizin adı yanlış olaraq "Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb.


 
Xatırladaq ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olmüşdü.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top