Deputat supermarketdə kassir qıza kreslo verdirdi

SOSİAL 24 yan 2019, 19:27

Millət vəkili Aydın Mirzəzadə supermarketlərin birində üzləşdiyi mənfi halın qarşısını alıb.

 

Deputat bu barədə sosial şəbəkədə yazıb:

 

"Bir qədər əvvəl ərzaq aldığım supermarketdə kassir qızın kreslosunun olmadığını, ayaq üstə işlədiyini gördüm. Özündən soruşdum, "yoxdur" dedi.
Administratoru tapıb kassir qıza təcili kreslo verilməsini tələb etdim. Edəcəklərini bildirdilər. 

 

Kreslonu mənim yanımda verilməsini tələb etdim. Tez kassir qıza oturmaq üçün kreslo tapıb verdilər".

 

A.Mirzəzadə sonda ictimaiyyətə üz tutaraq belə bir çağırış edib: Qızlarımıza qarşı diqqətli olun, onlar sabahın anasıdır! (Baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top