Çevriliş olan Venesuelada SON VƏZİYYƏT - 16 ÖLÜ (FOTOLAR)

DÜNYA 24 yan 2019, 14:21
Venesuelada hökumət əleyhinə aksiyalarda azı 16 nəfər ölüb.

Demokrat.Az xarici mətbuata istinadən bildirir ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaido özünü prezident səlahiyyətlərinin icraçısı elan edib və ABŞ tərəfindən dərhal tanınıb.

Ardınca daha bir neçə ölkə onun legitimliyini tanıdığına dair bəyanat verib.

Prezident Nikolas Maduro baş vərənləri dövlət çevrilişi adlandırıb və hakimiyyəti təhvil vermək niyyətində olmadığını deyib.

ABŞ buna cavab olaraq diplomatik münasibətləri ancaq Xuan Quaido ilə davam etdirəcəklərini açıqlamaqla Maduronu təcrid siyasətinə başlayıb.

Vitse-prezident Mayk Pens "Bu ölkəyə və xalqa demokratiyanı qaytarana, azad seçki keçirilənə qədər təzyiqi davam etdirəcəyik", - deyə vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top