“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK

DÜNYA 23 yan 2019, 15:08

“WhatsApp” messenceri bir istifadəçinin eyni mesajı təkrar olaraq göndərməsini məhdudlaşdırır.

 

Yeni qaydalarla bir ismarıcı maksimum beş istifadəçiyə göndərmək olacaq.

Bundan əvvəl bir istifadəçi eyni mesajı ən çoxu 20 dəfə göndərmək imkanına malik olub. Messencerə sahib olan “Facebook” yalan informasiyanın yayılması ilə mübarizə fonunda “WhatsApp”da bu yeni qaydaları tətbiq edir.

 

Bu məhdudiyyət artıq altı aydır ki, Hindistanda fəaliyyət göstərir. Hindistan hakimiyyəti “Facebook”u “WhatsApp”da qeyri-qanuni materialların paylaşımına nəzarət etməyə məcbur edəcək qanunun qəbul edilməsini müzakirə edir.

Mənbə: oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top