Arzu Əliyeva üçün ÖZƏL GÜN

MARAQLI 23 yan 2019, 14:51
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bu gün 30 yaşını qeyd edir.

Demokrat.Az xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.

O, 1995-2006-cı illərdə Bakıda 160 saylı tam orta məktəbdə, daha sonra isə İsveçrə və Böyük Britaniyada təhsil alıb. 2015-ci il mayın 9-da Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”, 2016-cı il yanvarın 22-də isə layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” adlı sənədli filmləri təqdim olunub.

Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Səməd Qurbanovla ailə qurub. Cütlüyün iki övladı var.

Məlumat üçün bildirək ki, prezident ailəsi 23 yanvar tarixində daha bir əlamətdar günü - İlham Əliyev və Mehriban Əliyevanın evliliyinin 36-cı ilini qeyd edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top