Növbəti avtobus biabırçılığı: Sərnişindaşıma mədəniyyəti nə vaxt formalaşacaq ? (VİDEO)

SOSİAL 22 yan 2019, 22:35
Bakıda 166 saylı marşrut avtobusunun sürücüsü sərnişindaşıma qaydalarını pozub. Bu marşrut avtobusunda sərnişinlərdən bir neçəsi qapıdan sallanaraq gedirlər. Bu hala başqa bir sərnişinin etirazı isə sürücü ilə mübahisəyə səbəb olub.

Demokrat.Az-ın xezerxeber.az-a istinadən məlumatına görə, avtobusun içərisində olan sərnişinlərdən biri sürücüyə etirazını bildirdikdə sürücü ilə həmin sərnişin arasında mübahisə yaranıb.

Hadisə Bakıda, metronun "Koroğlu" stansiyasından Sabunçu rayonu, Maştağa qəsəbəsi Gülçülük savxozu adlanan əraziyə gedən 166 saylı marşrut avtobusunda baş verib. Hadisə baş verən zaman sərnişinlərdən biri əvvəlcə sürücüyə xəbərdarlıq edib, bundan sonra isə mobil telefonla həmin anı qeydə almağa başlayıb.

Bu kadrlardan da aydın görünür ki, 166 saylı avtobusun sürücüsü qayda pozuntusuna yol verir. O, nəzərdə tutulan saydan artıq sərnişin götürdüyündən sərnişinlərdən bir neçəsi avtobusun qapısında sallaşaraq gedir.

Görüntünü qeydə alan sərnişin isə bu zaman sürücüyə avtobusu niyə belə halda idarə etməsini bildirir. Marşrut avtobusunun sürücü isə öz əməlinə haqq qazandırır.

Çəkiliş zamanı bu marşrut avtobusunda problemin tək bununla yekunlaşmadığının şahidi olduq.

Məsələ ilə bağlı 166 saylı marşrut avtobusunun dispetçeri Ruslan Quliyev bildirdi ki, artıq hadisədən müdiriyyətin xəbəri var və buna görə də həmin sürücü barəsində tədbir görülüb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə mövqe bildirən olmadı.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top