"Bu cür qəssabsifətli adamın AzTV-yə rəhbərlik etməsi utancverici idi" - Deputat

GÜNDƏM 22 yan 2019, 19:58
Milli Məclisin deputatı Fazil Mustafa ötən həftə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Arif Alışanovun ona qarşı atdığı addımlardan danışıb.

Fazil Mustafa Demokrat.Az-a açıqlamasında bildirib ki, Arif Alışanov AzTV-nin sədri vəzifəsinə layiq kadr olmayıb:

"Bu cür qəssabsifətli bir adamın AzTV-yə rəhbərlik etməsi Azərbaycan üçün utancverici idi. İntelektual savadı olmayan bir adamın bu cür vəzifədə olmağı doğru deyil idi. Ümumiyyətlə, üzdə olan bu cür vəzifələrə belə adamların rəhbər təyin edilməsi üzücü bir haldır. Mən bununla bağlı dəfələrlə açıq şəkildə fikirlərimi bildirmişəm. Yəni, indi Arif Alışanov vəzifədən gedib deyə bunları söyləmirəm. Hətta, Milli Məclisin iclasları olan zaman AzTV-nin kimə marağı var idisə, onu da işıqlandırırdı, kiminləsə münasibətləri yox idisə, onların çıxışlarını tamam kəsirdi. Belə bir yanaşma mövcud idi. Arif Alışanov dövlət televiziyasını şəxsi bostanına çevirmişdi. Mən tənqidi çıxışlar etdiyim üçün Arif Alışanov məni AzTV-nin efirinə buraxmırdı. O, İctimai TV-ni də himayə edən zaman mənim çıxışlarımı bu telekanalda da qadağan etdirmişdi. Sonradan İctimai TV-də kadr dəyişikliyi edilən zaman bu qadağa aradan götürüldü".
 
Похожее изображение

Deputat hesab edir ki, Prezident İlham Əliyevin Arif Alışanovu bu vəzifədən azad etməsi barədə qərarı çox doğru addımdır:

"Bu vəzifənin icrasını Rövşən Məmmədov kimi gəncə həvalə edilməsi müsbət hadisədir. Ümid edirəm ki, yeni rəhbərlik gənc və intelektual savada malik olan adam kimi insanlarımızın düzgün maariflənməsi işində daha faydalı işlər görə biləcək".

Demokrat.Az   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top