Sabiq deputatın bankı 5 milyonluq əmlakını satdı - MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYİB

İQTİSADİYYAT 22 yan 2019, 09:56
“AGBank”ın böyük dəyərə malik əmlak satışı həyata keçirdiyi məlum olub.

Demokrat.Az xəbər verir ki, bankın ötən ili 5 milyon manatdan çox mənfəətlə başa vurmasının səbəbi üzə çıxıb.
Məlum olub ki, “AGBank” özünə aid 4 milyon 43 min manat dəyərində əmlakı satıb. Nəticədə, əslində ili 2 milyon 569 min manatlıq əməliyyat zərərilə başa vurmasına baxmayaraq, əmlak satışından daxil olan vəsait hesabına zərəri qapada bilib. Satılan əmlakın nədən ibarət olduğu barədə xəbər verilmir.

“Marja”nın bankın hesabatlarına əsaslanan xəbərində deyilir ki, “AGBank” ötən il 52 milyon 90 min manat faiz və qeyri-faiz gəlirini əldə etmək üçün 54 milyon 659 min manat xərc çəkib. Nəticədə Bankın 2 milyon 569 min manat əməliyyat zərəri yaranıb. Ancaq əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 3 milyon 893 min manatı azad olduğundan əməliyyat zərəri bağlanıb.
 
Похожее изображение

Nəticədə bankın vergi ödənilənədək 1 milyon 324 min manat mənfəəti yaranıb. Bunun da üzərinə əmlakın satışından daxil olan 4 milyon 43 min manatı gəldikdən sonra yekunda bankın mənfəəti 5 milyon 367 min manata yüksəlib. Bütün bunlarla yanaşı, “Marja”nın məlumatına görə, bankın ötən il ümumiyyətlə mənfəət vergisi ödəmədiyi məlum olub.

Deməli, görünən odur ki, bankın guya uğurlu maliyyə siyasəti həyata keçirərək, dirçəlməyə başladığına dair yaradılan təsəvvür gerçəkliyi əks etdirmir. Əslində, “AGBank”ın vəziyyəti devalvasiyalardan və xüsusilə “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin hakimiyyətdəki dayaqlarının sarsılmasından sonra heç cür düzələ bilmir. Söhbət “MTN çətəsinin” ifşasından və Eldar Mahmudovun nazir vəzifəsindən kənarlaşdırılmasından gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top