"Azərbaycan əhalisinin gəlirləri 9%-dən çox artıb" - Dövlət Statistika Komitəsi

İQTİSADİYYAT 21 yan 2019, 21:30

2018-ci ildə Azərbaycan əhalisinin gəlirləri 2017-ci ilə nisbətən nominal ifadədə 9,2% artaraq 53 688,6 mln. manata çatıb.

Demokrat.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər illik müqayisədə 8,2% artaraq 5 467,4 manat və yaxud ayda orta hesabla 455,6 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 49 595,5 mln. manat vəsait qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top