Bu ilin ilk Ay tutulması baş verdi — VİDEO

HADİSƏ 21 yan 2019, 09:30

anvarın 21-də 2019-cu ilin ilk Ay tutulması hadisəsi müşahidə olunur. Onun maksimal fazası Qrinviç vaxtı ilə 05:12 (Bakı vaxtı ilə 09:12) qeydə alınacaq.

 

Oxu.Az xəbər verir ki, bu barədə “5-TV” xəbər portalı məlumat yayıb.

 

Ay tutulması qış fəslinə təsadüf edib və atmosfer qırmızı-narıncı spektr şüalarını daha yaxşı keçirdiyindən məhz bu çalarlı dalğalar Yerin təbii peykinin üzərində proyeksiya olunub. Ona görə, hadisəni Qırmızı və ya “Qanlı Ay” tutulması adlandırırlar.

 

“Qanlı Ay” tutulması Birləşmiş Krallıq, Rusiyanın şimal-şərqi, Fransa, İspaniya və Portuqaliyanın şimal-qərbində, Afrikanın qərbi ölkələrində və digər bölgələrdə müşahidə olunur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top