“Qarabağ” qələbə qazandı

İDMAN 19 yan 2019, 22:13

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxıb.


 
Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.


 
Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi yanvarın  23-ü Polşanın "Piast", 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gələcək.


 
19 yanvar
Yoxlama oyunu

 

“Qarabağ” (Azərbaycan) – “Bohemians” (Çexiya) - 3:1
Qollar: Filip Ozobiç, 36, Donald Gerye, 62, Slavçev, 90
Antalya. “Gloria Sport Arena”
 
"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel, 10.Dani Kintana,  11. Mahir Mədətov,  14. Rəşad Sadıqov (k),  17. Abdullah Zubir, 19.Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.

 

“Qafqazinfo” 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top