Müsavat Partiyasının qərargah-mənzilində beş nəfər aclığı davam etdirir

GÜNDƏM 19 yan 2019, 19:30
Müsavat Partiyasının qərargah-mənzilində "Mehman Hüseynova və bütün digər siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam edir.

Aksiyanın iştirakçısı, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Turan-ın müxbirinə verdiyi məlumata görə, ondan başqa 4 nəfər - fəal Aygül Cəfərova, Zəfər Əhmədov (siyasi məhbus Fuad Əhmədlinin atası), Rafiq Baxışov (siyasi məhbus Orxan Baxışlının atası) aksiyanı davam etdirir, həmçinin, AXCP fəalı Rövşən Niftalızadəni əvəz edərək, aksiyaya qoşulub.

Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına piketlər keçirməsi ilə məşhurdur. Bu ilin yayında o, buna görə inzibati qaydada həbs edilib. Etiraz əlaməti olaraq, o, təcridxanada 8 gün aclıq edib.

Bu gün 25 nömrəli poliklinikanın həkimləri aksiya iştirakçılarını müayinə edib. İsmayılovanın sözlərinə görə, aksiyaya yanvarın 15-də qoşulmuş iştirakçıların səhhətində hələlik ağırlaşma halları yoxdur. Amma qan təzyiqinin düşməsi müşahidə olunur.

Xatırladaq ki, aksiya dekabrın 26-da ona qarşı yeni cəzaçəkmə müəssisəsi əməkdaşını döymə ittihamının irəli sürülməsinə etiraz olaraq aclıq elan etmiş bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top