"Facebook" Mirşahinin televiziyasının səhifəsini bağladı

HADİSƏ 19 yan 2019, 13:30
"Facebook" şirkəti Rusiyanın sosial şəbəkədə təxribat fəaliyyəti həyata keçirmək üçün istifadə etdiyi onlarla şəxsi hesab və səhifəni bağlayıb.

Demokrat.Az xəbər verir ki, bağlanan səhifələr arasında Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bölməsi olan "Sputnik Azərbaycan" da var.

Məlumat üçün qeyd edək ki, "Facebook" tərəfindən bağlanan səhifələr arasında Mirşahin Ağayevin rəhbərlik etdiyi "Real TV"yə məxsus "tvreal.az" səhifəsi də var.

İddia olunur ki, bu səhifə də Putin siyasətinin təbliği adı ilə bağlanılıb. Lakin, sosial şəbəkələrdə yayılan məlumata görə, "Real TV"nin "Facebook" səhifəsi müəllif hüquqlarını pozduğu üçün müvəqqəti bağlanıb.

Məsələ ilə bağlı ​"Real TV"dən rəsmi açıqlama verilməyib.(AzEuroNews.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top