Azərbaycanda köhnə avtomobillər bahalaşdı: 2 mindən 7 minə qalxdı

HADİSƏ 19 yan 2019, 10:57
Azərbaycanda buraxılış ili 1995-ci ilə qədər olan xarici avtomobillərin qiyməti bahalaşıb.

Unikal.Org-un maşın bazarında apardığı araşdırmaya görə, qiymət artımı ən çox "Mercedes" markalı avtomobillərdə qeydə alınır.

Belə ki, əvvəllər 1995-ci ilə qədər olan "Opel", "Hyundai", "Mercedes" avtomobillərinin  müxtləif növ markalarının qiyməti 2500-4500 min manat arası dəyişirdisə, hazırda bu qiymətlər (mexanika 4500 manat , avtomat 5500 manat) ən azı iki dəfəyədək artıb.

Misal üçün, 1991-ci ilin istehsalı olan "Mercedes 190" markalı avtomobilin qiyməti ötən il, 2500-3500 manat arası idisə, hazırda bu rəqəm 5200 və bəzən də 7000 min manatdan baha müştərilərə təqdim edilir.

Həmçinin digər markalı avtomobillərin də qiymətində də eyni artım müşahidə edilir.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top