Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava – XƏSARƏT ALANLAR VAR

HADİSƏ 18 yan 2019, 14:03
Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklər ilə ərəblər arasında kütləvi dava olub.

“Report”un Almaniya bürosunun verdiyi məlumata görə, şəhərdə paltar mağazalarının birində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib. Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşıb və öz həmyerlilərini götürərək geri qayıdıb.

Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıblar. Nəticədə tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var.

Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top