Rəsulzadənin barelyefi ilə bağlı qalmaqallı vəziyyət – “Biz götürmüşük” deyib, oğru tutdular

KRİMİNAL 17 yan 2019, 17:59

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Novxanı bələdiyyəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.


Maraqlısı budur ki, Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev daha öncəki açıqlamada barelyefin onlar tərəfindən götürüldüyünü, yenisi ilə əvəz edəcəklərini demişdi: 


“Lövhə bizim tərəfimizdən çıxarılıb. Özünüz də yəqin ki, görmüsünüz, lövhə hansı vəziyyətdə idi. Bir həftəyə mərmərdən yaxşı bir görkəmdə lövhə hazırlanacaq və yerinə asılacaq. Gəlib çəkiliş də edə bilərsiz”.


Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefinin oğurlandığı ilə bağlı məlumatlar dünən yayılmışdı. Abşeron Rayon Polis İdarəsi həmin lövhənin əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarıldığını bildirsə də, səbəbini açıqlamamışdı.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top