AMEA-dan Azərbaycanın tarixi şəxsiyyətlərinə HÖRMƏTSİZLİK - FOTOLAR

HADİSƏ 17 yan 2019, 12:20
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının 1-ci mərtəbəsində tarixi şəxsiyyətlər - Azərbaycan fəlsəfi məktəbinin banisi Bəhmənyar və görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun büstləri sökülərək yerə atılıb.

Bu barədə Demokrat.Az-a AMEA-nın əməkdaşları şikayət göndərib.

Şikayətçilər qeyd edib ki, AMEA-nın əsas binasının 1-ci mərtəbəsində Azərbaycanın tarixi şəxsiyyətləri Bəhmənyar və Nəriman Nərimanovun büstləri kənara atılıb.

Şikayətçilərin sözlərinə görə, hazırda toz basmış büstlər AMEA-nın binasının dəhlizində küncə atılaraq istifadə olunmamış şəkildə saxlanılır.

Şikayətçilər həmin büstlərin fotolarını da redaksiyamıza göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top