"Hər kəs şənlikdə rəqs edə bilər" - Hadi Rəcəbli slavyan xanımla rəqsindən DANIŞDI (VİDEO)

GÜNDƏM 16 yan 2019, 12:57
Xəbər verdiyimiz kimi, Demokrat.Az saytı xarici ölkələrdən birində millət vəkili Hadi Rəcəblinin slavyan xanımla rəqsinin videosunu yayıb. Məclisdə Rəcəblinin keçmiş deputat həmkarı Asəf Hacıyev də iştirak edib.

Sözügedən görüntülərlə bağlı Hadi Rəcəbli Unikal.org-a açıqlama verib.

Millət vəkili qeyd edib ki, bu görüntülər Rusiyada ailə məclisi zamanı çəkilib və qərəzli şəkildə yayımlanıb:

"Bu görüntülər bayram şənliyində çəkilib. Ailə tədbirində belə bir rəqsin edilməsi normaldır. Sözügedən görüntülərdə yanlış hər hansı addım atmamışam. Rəqs etməkdə qəbahət heç nə yoxdur. Hər kəs şənlikdə rəqs edə bilər. Mən fiziki əngəlli xanımla da rəqs etmişəm, dünya dağılmayıb ki? Bu görüntülər Rusiyada çəkilib. Mən ölkə xaricindəyəm gələndə bu görüntülərin nə məqsədlə yayıldığını araşdıracam".
 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top