AzTV-də Prezidentin fərman və sərəncamları niyə oxunmur? – SƏBƏBİ DEYİLMİR

GÜNDƏM 16 yan 2019, 10:30
Son günlər Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların heç biri məlum olmayan səbəbdən AzTV-nin efirində səsləndirilmir.

Demokrat.Az xəbər verir ki, bununla bağlı hələlik AzTV-dən hər hansı açıqlama verilmir.

Hətta, ötən gün Arif Alışanovun AzTV-nin sədri vəzifəsindən azad edilməsi barədə ölkə Prezidentinin imzaladığı sərəncam da televiziyanın efirində oxunmayıb. Halbuki, Prezident İlham Əliyevin imzaladığı əsas sənəd və sərəncamlar AzTV-nin "Xəbərlər" proqramının saat 20.00 buraxılışında səsləndirilirdi.

Yeni ildə isə yalnız ölkə başçısının 2019-cu ilin "Nəsimi İli" elan edilməsi barədə sərəncamı AzTV-nin efirində səsləndirilib.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top