AzTV-nin bir qrup xanım əməkdaşı Arif Alışanovun getməsinə gözyaşı tökdü

GÜNDƏM 15 yan 2019, 22:56
Prezident İlham Əliyevin Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalaması Arif Alışanov üçün gözlənilməz olub.

Demokrat.Az-ın əldə etdiyi məlumata görə, bu gün Arif Alışanov qəfil Prezident Administrasiyasına çağırılaraq, ona bu barədə xəbərdarlıq edilib.

Eyni zamanda AzTV-nin sədri vəzifəsinin icrası tapşırılan tanınmış telejurnalist Rövşən Məmmədli də qəfil Prezident Administrasiyasına dəvət olunaraq, ona yeni vəzifənin həvalə edilməsi barədə tövsiyə və tapşırıqlar verilib.

Daha sonra ölkə başçısının göstərişi əsasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Rövşən Məmmədli AzTV kollektivinə təqdim edilib. Təqdimat mərasimində Arif Alışanov özü də iştirak edib.

Arif Alışanovun işdən çıxarılması xəbərinə məyus olan AzTV-nin bir qrup xanım əməkdaşı isə qəbul otağının qarşısında dayanaraq göz yaşlarını gizlətməyib.
 
Похожее изображение

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. AzTV sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top