Fədayə Laçın məhkəmənin hökmündən narazıdır

KRİMİNAL 15 yan 2019, 17:13

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


“Ölkə.Az” bildirir ki, mügəninin vəkili Nurəngiz Qarayeva müdafiə etdiyi şəxs barəsində çıxarılan hökmdən narazı qaldığı üçün məhkəməyə müraciət edib. F.Laçın məhkəmədən barəsində şərti cəza verilməsini istəyir. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib. N.Qarayeva söyləyib ki, apellyasiya şikayəti birinici istansiya məhkəməsinə təqdim olunub.  Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top