“Gömrük orqanları ilə bağlı 6 cinayət işi məhkəmələrə göndərilib” - Baş İdarə rəisi

HADİSƏ 15 yan 2019, 11:15

"2018-ci ildə Gömrük orqanları ilə bağlı 17 cinayət işi olub, 6-ı artıq məhkəmələrə göndərilib”. 

 

BakuPost-un məlumatına görə, bunu bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. 

 

K. Əliyev deyib ki, 5 cinayət işi hazırda icraatdadır: "Digər materialar da ilkin araşdırmadadır”. 

 

İdarə rəisi qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 7 material daxil olub: "Bu materiallar əsaslnda 5 cinayət işi başlanıb. Bu cinayət işlərindən 2-i artıq məhkəmələrə göndərilib, 3 cinayət işi icraatdadır, 2 material isə ilkin araşdırma mərhələsindədir”.

 

K. Əliyev nəzərə çatıdır ki, Daxili İşlər Nazirliyi tərəfindən isə 4 material təqdim edilib və 4 cinayət işi başlanıb: "Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən isə 12 material göndərilib, onlardan 11-i üzrə cinayət işi başlanıb. 3 cinayət işi artıq baxılmaq üçün məhkəmələrə göndərilib, 8 cinayət işi hazırda icraatdadır. Ədliyyə Nazirliyindən 13 material daxil olub, 11 cinayət işi başlanıb. 3 cinayət artıq məhkəmələrə göndərilib, 7 cinayət işi icraatdadır, 1 iş üzrə üzrə icraat dayandırılıb”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top