Ramil Usubov 2 generalın yerini dəyişdi - ÇEVİK POLİS ALAYINDA YENİ KOMANDİR

HADİSƏ 15 yan 2019, 10:20

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top