Bakıda "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları aşkar edildi - SİYAHI

HADİSƏ 14 yan 2019, 11:30
Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova ötən ilin dekabrında Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Demokrat.Az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb.

Belə ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub. Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Mehman və Baxşəlinin Paytaxtın Nəsimi rayonu ərazisində “Jasmin”, "Şarden”, "Səma”, "Play”, "Dalğa” və Nərimanov rayonunda “Atilla”, "Diana”, "Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top