Parisdə güclü partlayış – Ölən və yaralananlar var (VİDEO)

DÜNYA 12 yan 2019, 15:35

Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadiəs Treviz küçəsində qeydə alınıb.

Partlayışın çörək dükanında qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir.

BFM telekanalının məlumatına görə, xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb.

Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.

Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, bu gün Parisdə və ölkənin başqa böyük şəhərlərində “sarı jiletlilər”in bahalığa və vergi artımına qarşı etiraz nümayişləri keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top