Lukaşenko Belarus və Rusiyanın birləşməsindən danışdı

DÜNYA 10 yan 2019, 16:49

Lukaşenko Belarusla Rusiyanın birləşməsi ideyasına aydınlıq gətirib.


Demokrat.Az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Belarusla Rusiyanın vahid bir ölkə kimi birləşməsi ilə bağlı məsələyə öz mövqeyini açıqlayıb.


“Biz Rusiya prezidenti Vladimir Putinlə birmənalı olaraq müəyyən etmişik ki, bu gün ölkələrimizin birləşməsi barədə məsələ gündəlikdə yoxdur”,- Lukaşenko bildirib.


Lukaşenko bildirib ki, Belarusla Rusiya ittifaqı bərabərhüquqlu əsasda inkişaf edə bilər. Onun sözlərinə görə, Rusiya ilə Belarus arasındakı bütün problemlər məqbul variantlar əsasında həllini tapır: “Bizim kənd təsərrüfatı, qida və digər məhsullarla bağlı Rusiya ilə elə də kiçik olmayan məsələlər var ki, bu barədə də hər zaman danışırıq. Ancaq bu məsələlər elə də ciddi xarakter daşımır”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top