“Facebook”da şikayət məktubu yazanlar mənim dostlarımdır” - İcra başçısı

MARAQLI 09 yan 2019, 09:59
“Facebook”da şikayət məktubu yazanlar mənim dostlarımdır”.

Demokrat.Az-ın xəbərinə görə, bunu Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alimpaşa Məmmədov deyib.

“Alimpaşa Məmmədov mənim stolunun üstündəki kompüterə yaxınlaşmağımı xahiş edir və daim açıq olan rəsmi “Facebook” səhifəsini göstərir. Yazanlarla, yazılanlarla məni tanış edir. Özü də ilk dəfədir şikayət məktubları yazan şəxslər haqqında belə məmnunluqla danışan rayon rəhbəri görürəm: – Onlar hamısı mənim dostlarımdır, – deyə Alimpaşa müəllim sanki mənim təəccübləndiyimi hiss edir”, – icra başçısından müsahibə alan “Xalq qəzeti”nin əməkdaşı yazır.

A.Məmmədov “Facebook”a şikayət yazanlardan incimədiyini deyib:

“Nöqsanımızı, çatışmayan cəhətimizi deyirlərsə, öz problemlərini yazırlarsa, deməli bu rayonu sevən, başlıcası isə bizə etibar və inam göstərən insanlardır. Yazan adamdan niyə inciməliyik ki? Məktubların hamısını bir-bir özüm oxuyuram. Həmin anda printerdən çıxarılır, kənara qoyularaq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə verilir”.(report)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top