Bu il Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir

HADİSƏ 08 yan 2019, 15:28
Bu ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Demokrat.Az xəbər verir ki, bu barədə Musavat.com-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Onu da qeyd edək ki, bir müddətdir sosial şəbkəkələrdə belə bir iddia irəli sürülürdü. Milli Məclisin üzvü Zahid Orucun, eləcə də bəzi tanınmış politoloqların statuslarında bundan bəhs olunurdu.

Xatırladaq ki, parlament seçkiləri 2020-ci ilin payızında keçirilməlidir. Əgər apreldə parlament seçkiləri keçiriləcəksə, bu, seçkilərin il yarım önə çəkilməsi demək olacaq.

Onu da bildirək ki, ötən il bu vaxtlar prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında keçirildi.

Bunun hansı zərurətdən irəli gəlməsi barədə ictimaiyyətə təfərrüatı ilə məlumat verilmişdi. Güman ki, parlament seçkilərinin də eyni səbəblərdən vaxtından əvvəl keçirillməsi nəzərə tutulur.
Hazırda parlament qış tətilindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top