Ombudsman nümayəndələri Mehman Hüseynova baş çəkiblər

GÜNDƏM 07 yan 2019, 17:57
Bu gün ombudsman nümayəndələri 13 gündür aclıq edən bloger Mehman Hüseynova baş çəkiblər.

Ombudsmanın mətbuat xidmətindən Demokrat.Az-a verilən məlumatına görə, qurumun nümayəndələri Bakı İstintaq Təcridxanasında M. Hüseynovla konfidensial qaydada görüşüblər.

"Onun müraciəti dinlənilib, həkim iştirakı ilə səhhəti və qida qəbul etməsilə bağlı vəziyyəti yoxlanılıb", - məlumatda deyilir.

Ombudsman nümayəndələri bildirirlər ki, Mehman Hüseynov yemək yeyir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır:

"Lakin bu məlumat blogerin yaxınlarının söylədiklərinə ziddir. Onların sözlərinə görə, bloger aclığı davam etdirir.
Bazar ertəsi günün birinci yarısında vəkil Şəhla Hümbətova Mehmana baş çəkməlidir. Lakin saat 14:00-a yaxın onunla əlaqə saxlamaq və ombudsman aparatının məlumatını yoxlamaq mümkün olmayıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top