Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

DÜNYA 07 yan 2019, 16:30

Gürcüstanın Poti şəhərində H1N1virusuna (“donuz qripi”) yoluxan, təxminən, 40 yaşlarında qadın ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, pasiyent Poti Şəhər Xəstəxanasına kəskin respirator infeskiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Tibb müəssisəsində aparılmış müalicəyə baxmayaraq, xəstənin halı pisləşib və o, ötən gün vəfat edib.

Hazırda Poti Şəhər Xəstəxanasında respirator infeskiya simptomları ilə 11 nəfər müalicə alır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 8 nəfər “donuz qripi”ndən ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top