"Şahdağ"-da 50 qəpiklik "Sirab" suyu 5 manata satılır - ALDADILAN TURİSTLƏRDƏN ŞİKAYƏT

HADİSƏ 07 yan 2019, 10:48
"Şahdağ" turizm kompleksində qiyməti 30-50 qəpiklik olan 1 litrlik qazsız "Sirab" suaları 5 manata satılır.

Məsələ ilə bağlı turistlər Demokrat.Az-ın redaksiyasına şikayət göndərib.

Şikayətdə qeyd olunur ki, "Şahdağ" turizm kompleksi nəzdində fəaliyyət göstərən kafe-restoran və iaşə obyektləri işçiləri turistləri açıq şəkildə aldadırlar.
 
Related image

"Məsələ ilə bağlı Kompleksin rəhbərliyinə dəfələrlə şikayət edilsə də, ancaq onlar qiymətin belə olmasını normal hesab edir. Bizə bildirirlər ki, bura adi mağaza deyil ki, "Sirab" suyunu 50 qəpiyə alasınız. Hər yerin öz qiyməti olur", - deyə şikayətçilər qeyd edir.
 
Image result for caffe shahdag

Şikayətçilər "Şahdağ" turizm kompleksində 1 litrlik qazsız "Sirab"  suyuna görə verilən çekin fotosunu da redaksiyamıza göndəriblər.

Demokrat.Az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top