Ağır qəza: ölən və yaralananlar var

HADİSƏ 06 yan 2019, 14:05
Şah İsmayıl Xətai prospektində “VAZ-2107” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Demokrat.Az bildirir ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər Gəncə şəhər Abbas Səhət adına 1 saylı Xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Həmçinin daha 2 nəfər yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan, “VAZ-21011” markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralı, “VAZ-2107” markalı avtomobilin sürücüsü olduğu bildirilən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Alıyevin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top