Məşhur futbolçu Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Demokrat.Az xəbər verir ki, Dieqonun mədəsində qanaxma olub.
Maradona Meksikaya “Dorados” klubuna rəhbərlik üçün Buenos-Ayresdən yola düşmədən əvvəl yoxlamadan keçib.
Məlum olub ki, onun mədəsində qanaxma var. Bundan başqa Maradonaya qida borusu qrijası diaqnozu da qoyulub.
Amma qeyd etmək lazımdır ki, onun vəziyyəti qənaətbəxşdir. Dieqonun qızı bildirib ki, yaxın günlərdə Maradona evə buraxılacaq.(olke.az)